“Yaradıcı müəllim: inkişaf edək, etdirək” mövzusunda təqdimat müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllimləri aşkara çıxarmaq və qabaqcıl təcrübə nümunələrini təbliğ etmək məqsədi ilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimlərinin və həmin müəllimlərin tədris etdiyi 5-11-ci sinif şagirdlərinin iştirakı ilə 2022-ci ilin oktyabr-dekabr aylarında “Yaradıcı müəllim: inkişaf edək, etdirək” mövzusunda təqdimat müsabiqəsi keçirilsin.

2. Müsabiqənin keçirilməsi üzrə təlimat və Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Müsabiqə 2 mərhələ - məktəb mərhələsi (oktyabr-noyabr 2022-ci il) və şəhər mərhələsi (noyabr-dekabr 2022-ci il) üzrə keçirilsin.

4. Müsabiqə ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bilavasitə bağlı olan fəaliyyətləri ehtiva edən istiqamətlər üzrə təşkil olunsun.

5. İnkişaf layihələri sektoru (Günay Qurbanova) bu əmrdən irəli gələn məsələləri həll etsin.

6. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin

7. Təminat və təchizat sektoru (Səccət Mahmudov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin

8. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

9. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və təlimatın İdarənin rəsmi internet saytında  yerləşdirilməsini və müsabiqə ilə bağlı keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

10. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova  həvalə edilsin.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022-ci il üzrə Fəaliyyət Planı.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

31 oktyabr 2022-ci il

                                                                                        № F-361


 

“Yaradıcı müəllim: inkişaf edək, etdirək” mövzusunda təqdimat müsabiqəsinin keçirilməsi üzrə təlimat