“Biliyini paylaş” layihəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış  tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübələrinin öyrənilməsi məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimlərinin iştirakı ilə 2022-ci ilin noyabr-dekabr aylarında “Biliyini paylaş” layihəsi  keçirilsin.

2. Layihənin keçirilməsi üzrə təlimat və Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri təlimata  əsasən müəllimlərin  layihədə iştirakını təmin etsinlər.

4. İnkişaf layihələri sektoru (Günay Qurbanova) bu əmrdən  irəli  gələn məsələləri həll  etsin.

5. Maliyyə və mühasibatlıq sektoru (Elmira  Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Səccət  Mahmudov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavəsi ilə  birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və təlimatın  İdarənin rəsmi internet saytında yerləşdirilməsini və layihənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

Əsas: Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinin 2022-ci il üçün Fəaliyyət  planı.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

18 noyabr 2022-ci il

                                                                                        № F-386

 


 

“Biliyini paylaş” layihəsinin keçirilməsi üzrə təlimat