Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 19.12.2022-ci il tarixli F-709 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 10 dekabr 2023-cü il tarixədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə məlumat versinlər.

3. İnkişaf layihələri sektoru (Günay Qurbanova) və Ümumi təhsil sektoru (Fuad Babayev) bu əmrdən irəli gələn məsələləri həll etsinlər.

4. Təminat və təchizat sektoru (Səccət Mahmudov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

5. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin rəsmi internet saytında  yerləşdirilməsini və keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

8. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova  həvalə edilsin.

Əsas: “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 19.12.2022-ci il tarixli F-709 nömrəli əmri.

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

16 yanvar 2023-cü il

                                                                                        № F-12


 

Tədbirlər planı