Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Təhsil müəssisələrində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi ilə əlaqədar “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15.02.2023-cü il tarixli 3-29/3-2-55F/2023 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

Əmr edirəm:

 

1. “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 01 mart 2023-cü il tarixədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.

3. Məktəbdənkənar fəaliyyətlərin təşkili və Ümumi təhsilin təşkili sektorları bu əmrdən irəli gələn məsələləri həll etsinlər.

4. Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

5. Media və ictimaiyyətlə əlaqələr sektoru əmrin və əlavələrinin İdarənin rəsmi internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

6. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova  həvalə edilsin.

 

Əsas: “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15.02.2023-cü il tarixli 3-29/3-2-55F/2023 nömrəli əmri.

 

 


Mehriban Vəliyeva,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

21 fevral 2023-cü il

                                                                                        № 3-29-59/3-2-95F/2023


Tədbirlər planı