Müstəqil Azərbaycan dövlətinin qurucusu, qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”ndan irəli gələn tədbirlərin icra edilməsi və ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 03.02.2023-cü il tarixli 3-29/3-2-32F/2023 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 03.02.2023-cü il tarixli 3-29/3-2-32F/2023 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.
2. 2023-cü ilin aprel ayında “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinin keçirilməsi nəzərə alınsın.
3. Müsabiqə iştirakçılarının təklif edilən mövzular üzrə çıxışının “Ən yaxşı təqdimat” müsabiqəsinin qiymətləndirmə meyarları”na əsasən qiymətləndiriləcəyi nəzərə alınsın (əlavə edilir).
4. Müsabiqənin İşçi qrupu və müsabiqə komissiyasının tərkibi təsdiq edilsin (əlavə edilir).
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları müsabiqənin şəhər mərhələsində iştirak edəcək şagirdlərin müəyyənləşdirilməsini və 17.02.2023-cü il tarixədək portal.edu.az saytında qeydiyyatdan keçirilməsini təmin etsinlər.
6. Məktəbdənkənar fəaliyyətlərin təşkili və Ümumi təhsilin təşkili sektorları bu əmrdən irəli gələn məsələləri həll etsinlər.
7. Təminat, təchizat və təsərrüfat sektoru layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.
8. Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.
9. Media və ictimaiyyətlə əlaqələr sektoru əmrin və əlavələrinin İdarənin rəsmi internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
10. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə edilsin.
Əsas: Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 03.02.2023-cü il tarixli 3-29/3-2-32F/2023 nömrəli əmri.
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
20 fevral 2023-cü il
№ 3-29-59/3-2-90F/2023