Təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində 2023-cü ilin mart-dekabr aylarında “Dəyərlərimizi qoruyaq!” layihəsi keçirilsin.
2. Layihənin icrası bu əmrə əlavə olunmuş Tədbirlər Planına uyğun həyata keçirilsin (əlavə olunur).
3. Ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və görülmüş işlər barədə hesabatı 25 dekabr 2023-cü il tarixədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektoruna təqdim etsinlər.
4. Məktəbdənkənar fəaliyyətlərin təşkili sektoru (Günay Qurbanova) və Ümumi təhsilin təşkili sektoru (Fuad Babayev) bu əmrdən irəli gələn məsələləri həll etsinlər.
5. Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru (Kamran Əliyev) əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.
6. Media və ictimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin rəsmi internet saytında yerləşdirilməsini və layihənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-cü il üçün Fəaliyyət planı.
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
13 mart 2023-cü il
№ 3-29-59/3-2-123F/2023