“Ailəm və məktəbim” layihəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Bu münasibətlərin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın özünü dərk etməsinə və cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir. Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Ailəm və məktəbim” layihəsi 2023-cü il üzrə keçirilsin.

2. Layihənin icrası bu əmrə əlavə olunmuş Tədbirlər Planına uyğun həyata keçirilsin (əlavə olunur).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 2023-cü ilin iyun və dekabr aylarında görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektoruna məlumat versinlər.

4. Məktəbdənkənar fəaliyyətlərin təşkili sektoru (Günay Qurbanova) bu əmrdən irəli gələn məsələləri həll etsin.

5. Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru (Kamran Əliyev) əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

6. Media və ictimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin rəsmi internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

7. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə edilsin.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-cü il üzrə Fəaliyyət Planı.

Mehriban Vəliyeva,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

18 aprel 2023-cü il

                                                                                        № 3-29-59/3-2-170F/2023


 

Tədbirlər planı