Monitorinqin təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

İbtidai təhsil səviyyəsinin sonunda təhsilalanların nailiyyətlərinin monitorinqi ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 28.02.2023-cü il tarixli, 3-29/3-2-80F/2023 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2022-2023-cü tədris ilinin may-iyun aylarında  Bakı şəhəri ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə monitorinq təşkil olunsun.

2. İmtahan mərkəzi olaraq müəyyən edilmiş Bakı şəhəri ümumi təhsil müəssisələrinin rəhbərləri monitorinqin təşkili ilə əlaqədar lazımi işlər görsünlər (əlavə olunur).

3. Ümumi təhsilin təşkili sektoru (Fuad Babayev) monitorinqin təşkili ilə bağlı təşkilati işləri həyata keçirsin.

4. Təhsilalanlarla iş sektoru (Tural Mahmudov) monitorinqin təşkili ilə əlaqədar lazımi məlumatların təqdim edilməsini təmin etsin.

5. Maliyyə-mühasibatlıq sektoru (Elmira Mehdiyeva) bu əmrdən irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat, təchizat və təsərrüfat sektoru (Səccət Mahmudov) bu əmrdən irəli gələn təchizat məsələlərini həll etsin.

7. Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru (Kamran Əliyev) əmrin əlavələrlə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

8. Media və ictimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin İdarənin rəsmi internet saytında yerləşdirilməsini və monitorinqin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.  

9. Əmrin icrasına nəzarət müdir müavini Xəyalə Əhmədzadəyə  həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 28.02.2023-cü il tarixli, 3-29/3-2-80F/2023 nömrəli əmri.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

18 aprel 2023-cü il

                                                                                        № 3-29-59/3-2-171F/2023