Tədbirlər Planının icrası  barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək məqsədilə  “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Bahar çələngi” layihəsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı  təsdiq edilsin (əlavə olunur).

2. Ümumi təhsil müəssisələrinin və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin rəhbərləri 2022-ci ilin mart ayında  Tədbirlər Planının icrasını təmin etsinlər və görülmüş işlər barədə hesabatı 05  aprel 2022-ci il tarixədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etsinlər.

3. İnkişaf layihələri sektoru (G.Qurbanova) və  Ümumi təhsil sektoru (F.Babayev) layihə ilə bağlı təşkilati işlərin həyata  keçirilməsini, hesabatların təhlil edilməsini və yekun hesabatın Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə təqdim edilməsini təmin etsinlər.

4. İnkişaf layihələri sektoru (G.Qurbanova) və Ümumi təhsil sektoru (F.Babayev) layihə çərçivəsində “Bahar çələngi” festivalınınyüksək səviyyədə keçirilməsinitəmin etsinlər.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (S.Mahmudov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının  İdarənin internet saytında yerləşdirilməsini və layihənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavə ilə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

Əsas: Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinin 2022-ci il üçün Fəaliyyət  planı.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

1 mart 2022-ci il

                                                                                        № F-85


 

Tədbirlər  Planı