21.05.2015

Rənglərə köçürülmüş dünyam” adlı sərgi keçirilib

 

Mayın 16-da Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi “Günəş” rəsm studiyası üzvlərinin Teatr Muzeyində 18 may “Beynəlxalq Muzeylər Günü”nə həsr edilmiş “Muzeylər və sabit cəmiyyətin inkişafı” mövzusunda keçirilən tədbirdə “Rənglərə köçürülmüş dünyam” adlı sərgisi təşkil olunmuşdur.

 Muzeylər Günü ilə əlaqədar keçirilən tədbirin məqsədi muzeylərin resurslarını, potensialını daha qabarıq şəkildə göstərmək, gəncləri muzeylərə daha çox cəlb etməkdir. Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan Təmsilçiliyinin başqanı Nəvai Mətin, UASB Azərbaycan başqan yardımçısı İlqar Əkbərov,  “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədli, Milli “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin, 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin, T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının müəllimləri, kütləvi İnformasiya vasitələrinin nümayəndələri, sənətşünaslar, rəssamlar, muzey əməkdaşları iştirak etmişlər.

 Sərgidə studiyada məşğul olan 24 uşağın  müxtəlif mövzularda işlədikləri 36 əsəri yer almışdır. Burada nümayiş olunan rəsmlərdə uşaqların iç dünyası, dünyaya baxışı, arzuları əks olunmuşdur. “Günəş” rəsm studiyasının rəhbəri Nagiyə Rzayeva sərgidə Milli “Dədə Qorqud” Fondunun Dədə Qorqud Mükafatı ilə, “Günəş” rəsm studiyasının üzvü Natəvan Hüseynova isə UASB-nın Fərqlənmə Diplomu ilətəltif olunmuşdur.