23.05.2015

Müəllimlər və inzibati heyət mükafatlandırılıb

 

20-23 may tarixlərində Bakının 12 rayonu üzrə İKT savadlılığının artırılması üzrə təlimlərdə  yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və  inzibati heyətin mükafatlandırılma mərasimi keçirilib.

Qeyd edək, İnnovativ Texnologiyalar Təşkilatı və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən  inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq  “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə”  və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər həyata keçirilib.

Sonuncu mükafatlandırılma tədbiri bu gün Nizami rayonu 220 nömrəli tam orta məktəbdə baş tutub. Mükafatlandırılma tədbirində Xətai, Xəzər, Pirallahı, Nizami rayonları üzrə 287 nəfər ibtidai sinif müəllimi və inzibati heyət sertifikat və kompüterlərlə təltif edilib.

 Ümumiyyətlə diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçmiş, həm də təlimlərdə iştirak edərək yekun qiymətləndirmədən yüksək bal toplayan  1103 müəllim və inzibati heyət sertifikata və müxtəlif hədiyyələrə layiq görülüb.