25.05.2015

12 məktəb arasında “Breyn –Rinq” yarışması keçirilib

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmişməktəblərarası “Breyn –Rinq” yarışması keçirilib. Məktəblərarası “Breyn- Rinq” yarışmasında 12 məktəb -Nəsimi rayonu üzrə 19, 16 №li tam orta məktəblər,Texniki humanitar lisey, Yasamal rayonu üzrə 31, 60 №li tam orta məktəblər,  Səbail rayonu üzrə 7 №li tam orta məktəb,Xətai rayonu üzrə 245 №li tam orta məktəb, Xəzər rayonu  üzrə117, 324  230,123 №-li məktəblər iştirak edib.

Breyn –Rinq yarışmasında 245,60,7,19,324 № li məktəbləryarımfinala vəsiqə qazanıb.

Mayın 15-də keçirilən final məhələsində isə Səbail rayonu 7 №-li tam orta məktəb I yerə, 324 və 117 №-li məktəblər II yerə və 19 №-li məktəb isə III yerə layiq görülüb.Qalib komandalar diplom və müxtəlif  hədiyyələrlə  təltif edilib.