25.05.2015

Eksternat qaydasında keçirilmiş imtahanların nəticələri

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 13, 14, 15 may tarixlərində Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə eksternat qaydasında imtahanlar keçirilmişdir.

Aşağıdakı siyahıda eksternat qaydasında imtahanları müvəffəqiyyətlə keçmiş şəxslərin adları göstərilmişdir.

Eksternat qaydasında imtahanlardan müsbət qiymət alan şəxslər  2 iyul tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi buraxılış imtahanlarında iştirak etməlidirlər.

Qeyd edək ki, adları siyahıda göstərilən şəxslərdən 23.06.2015-ci il tarixdən 30.06.2015-ci il tarixədək (şənbə və bazar günləri istisna olmaqla) Nərimanov rayonu 45 nömrəli tam orta məktəbdən buraxılış vərəqələrini əldə etməkləri xahiş olunur.

 

Ümumi orta təhsil səviyyəsi üzrə siyahı                                 Tam orta təhsil səviyyəsi üzrə siyahı