Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün Fəaliyyət Planı”na əsasən şagirdlər arasında silsilə tədbirlər, inşa yazı və rəsm müsabiqələri keçirilib. Tədbirlərin yekunu olaraq qaliblərin rəğbətləndirilməsinə həsr olunmuş təltifetmə mərasimi təşkil edilib.
Qeyd edək ki, təhsil müəssisələri, rayon və şəhər üzrə üç mərhələdə keçirilmiş olimpiada və müsabiqələrə Bakının 317 tam orta məktəbindən III - VI siniflər üzrə 128298 məktəbli, 5343 pedaqoji işçi, IX – XI siniflər üzrə isə 60898 məktəbli, 2722 pedaqoji işçi cəlb olunub.
Cari ilin mart-may aylarında keçirilmiş, Azərbaycan Demokratik Respublikasının yaradılmasının 97-ci, Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümünə və İlk Avropa oyunlarınahəsr olunmuş “Milli - Mənəvi İrsimiz - Bizim Tariximizdir”, “Mənim Vətənim”, “Sərhədlərimizin keşiyində”, “İlk Avropa oyunları gənc rəssamların gözü ilə” nominasiyaları üzrə diyarşünaslıq olimpiadası, inşa yazı və rəsm müsabiqələrinin şəhər mərhələsinin qalibləri mükafatlandırılıb.
Təltifetmə mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, qaliblərin təmsil olunduqları məktəblərin direktorları, tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, uşaq birliyi rəhbərləri, müəllimlər, nominasiyalar üzrə təşkilat komitələrinin üzvləri və ekspertlər iştirak ediblər.
Mükafatlandırılma mərasimində qaliblər çıxış edərək yarışmalar barədə öz təəssuratlarını bölüşüblər. Onlar zəhmətlərinin qiymətləndirilməsinə- mükafatlandırılma tədbirinə görə tədbir təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.
Nominasiyalar üzrə yer bölünməsi aşağıdakı kimidir:
“Mənim Vətənim” inşa yazı nominasiyasında III – IV sinif yaş kateqoriyaları üzrə 116 nömrəli məktəb 3 b sinif şagirdi İsazadə Elvina I yerə, 299 nömrəli məktəb 4 c sinif şagirdi Vəliyeva Könül II yerə, 9 nömrəli məktəb 3 c sinif şagirdi Mahmudzadə Svetlana III yerə, “Mənim Vətənim” inşa yazı nominasiyasında V – VI sinif yaş kateqoriyaları üzrə 117 nömrəli məktəb 5 a sinif şagirdi Rzazadə Zəhra I yerə, 234 nömrəli məktəb 5 a sinif şagirdi Həsənli Nurcan II yerə, 245 nömrəli məktəb 6-cı sinif şagirdi Hacıbala Zəhra III yerə, “Sərhədlərimizin keşiyində” inşa yazı nominasiyasında IX – XI sinif yaş kateqoriyaları üzrə 288 nömrəli məktəb 9e sinif şagirdi Kərimova Pəri I yerə, 165 nömrəli məktəb 10a sinif şagirdi Hacıyeva Narıngül II yerə, 149 nömrəli məktəb 10 a sinif şagirdi Şükürlü Ləman III yerə, “İlk Avropa oyunları gənc rəssamların gözü ilə” rəsm müsabiqəsi üzrə 244 nömrəli məktəb Mehdizadə Lətifə I yerə, 297 nömrəli məktəb Seyfullayeva Selcan II yerə, 13 nömrəli məktəb Nuriyeva Sevinc isə III yerə layiq görülüb.
“Milli - mənəvi irsimiz – bizim tariximizdir” diyarşünaslıq olimpiadası üzrə isə 186 nömrəli məktəbin şagirdi Baxşəliyeva Nigar, Fərruxova Nazxanım, Əsgərov Şahin I yerdə, 291 nömrəli məktəbin komandası (Məmmədova Nərmin,Əliyev Əkbər, Abbaszadə Suad) II yerdə, 158 nömrəli məktəbin komandası (Məmmədova Pəri,Əlipənahov Kamran, Heydərov Bəxtiyar) II yerdə və 297 nömrəli məktəbin komandası (Həmidli Aslan, Rəşidov Əli, Surxayzadə Toğrul) isə III yerdə qərarlaşıblar.