Bu gün tədris həftəsi 6 günlük olan ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “son zəng” qeyd olunub.
2014-2015-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin XI sinfini 20501 şagird bitirib.
Son zəng ilə bağlı bir çox Bakı məktəblərində tədbirlər keçirilib. Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və medallarla təltif olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və bölmə rəhbərləri 17, 74, 87, 113, 160, 167, 193, 245, 252, 261, 275 nömrəli tam orta məktəblərdə xüsusilə qeyd olunan “Son zəng” tədbirlərində iştirak edib.