22.06.2015

Xəzər sahilində təmizlik aksiyası

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar  2015-ci il üçün  Fəaliyyət  Planı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Yay tətili olmasına baxmayaraq,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilati dəstəyi ilə 43 nömrəli Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi Xəzərin Şüvəlan qəsəbəsindəki çimərlikdə təmizlik aksiyası keçirmişdir.          

Əhalinin  ekoloji maariflənməsi,  gənclərin asudə vaxtlarının mənalı təşkili, mənəvi saflığının,  sağlam həyat tərzinin,  zərərli vərdişlərdən uzaqlaşdırılmasının təmin olunması  məqsədilə  keçirilən  təmizlik  aksiyasında  pedaqoji işçilər və dərnək üzvləri iştirak etmişdir.

 Xüsusi  nəqliyyat və  geyimlə təmin  olunmuş aksiyaçılar  Xəzər  sahili boyu Şüvəlan qəsəbəsindəki çimərlik ərazisini məişət tullantılarından, zibillərdən 

   təmizləmişlər.