07.07.2015

Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar (IDEAS) layihəsi üzrə təlimlər keçirilir

 

Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Krallığın Britaniya Şurası (British Council) təşkilatı yerli tərəfdaş Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə “Bərabər və məsuliyyətli cəmiyyət üçün İnklüziv qərarlar”  layihəsi həyata keçirilir. 2013-cü ilin aprel ayından başlamış və 2015-ci ilin oktyabr  ayınadək  həyata keçiriləcək layihənin əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlarla bağlı QHT-lərin yerli dövlət qurumları ilə əməkdaşlığının möhkəmlənməsinə nail olmaq, həmin insanların hüquqlarının müdafiəsini təmin etmək və eyni zamanda təhsil hüquqlarının bərpa olunması sahəsində maarifləndirmə işinin təşkil edilməsindən ibarətdir.  

 6 iyul tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən British Council-ınBərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar(IDEAS) layihəsinin pilot mərhələsi çərçivəsində baş tutacaq təlimlərin açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, British Council-ın Təhsil və cəmiyyət layihələri üzrə meneceri Nərgiz Hüseynova, IDEAS layihəsinin Azərbaycan üzrə kordinatoru Səbinə Quliyeva, Access bankın PR meneceri Nigar Məmmədova iştirak etmişdir.

Layihə çərçivəsində Bakı şəhərində yerləşən 50 qabaqcıl və yeniliyə açıq olan məktəb direktorları üçün 6- 9 iyul tarixlərində inklüziv təhsilin əsas fəlsəfəsi, beynəlxalq təcrübənin və modellərin təqdim edilməsindən ibarət 2 günlük təlimlər keçiriləcəkdir.

Təlimlərin keçirilməsində əsas məqsədAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasındanirəli gələn xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlara dəstək verilməsindən ibarətdir.