03.08.2015

Cüdo üzrə Beynəlxalq turnir keçirilmişdir

 

Gürcüstan  Respublikasının  Batumi  şəhərində     Cüdo   üzrə  “Adjaria  Kuboku”  adlı   Beynəlxalq  turnir  keçirilmişdir. Turnirdə Azərbaycan, Gürcüstan və Türkiyə ölkələrini təmsil edən 11 - 13 və 14 – 16 yaşlarında olan idmançılar özlərini sınamışdır.

Qeyd edək ki, Bakı şəhəri  14 nömrəli  Uşaq - Gənclər   İdman   Məktəbinin  komandası da bu turnirdə  uğurla  iştirak  etmişdir. Belə ki,  Beynəlxalq  turnirdə  iştirak  edən 10  nəfər  idmançıdan  8 nəfəri  müxtəlif    yerlərə  layiq   görülmüş,  diplom və medallarla təltif olunmuşdur.

Bakı şəhəri 14 nömrəli  Uşaq - Gənclər  İdman   Məktəbinin  idmançıları   Fariz  Şıxəliyev və  Xəyal  Məmmədov rəqiblərinə qalib gələrək birinci  yerə layiq görülmüşdür.

İdman Məktəbinin digər idmançıları Nihad Əliməmmədov və Qadir Qayıbov II, Sadiq Cəlalov,  Kəmaləddin  Səfərov, Teymur  Klüçnikov və Dünyamin Mehdizadə isə III yerdə qərarlaşmışdır.