Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün Fəaliyyət planı”na əsasən Məktəbdənkənar fəaliyyətin təşkili sektoru tərəfindən “İstedad bankı” yaradılmışdır.
“İstedad bankı” bilik, bacarıq və qabiliyyətlərinin, yaradıcılıq potensialının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda keçirilən tədbirlərdə: sərgi, müsabiqə, festival, idman və olimpiadalarda öz istedadları ilə iştirak edib fərqlənən və Bakı şəhərində təhsil alan məktəblilərin nailiyyətlərini özündə əks etdirmişdir.