Bakı şəhəri 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirmələri İsmayıllı rayonunda keçirilən “Kross” üzrə Azərbaycan Çempionatında uğurla iştirak ediblər.
Belə ki, məktəbin idmançılarından 4 km məsafəyə qaçışda Əsgərova Aynur - II, Vəliyeva Günel –III, 6 km məsafəyə qaçışda Rəcəbli Rəqsanə–III, 1 km məsafəyə qaçışda isə Məmmədova Nika –III yerə layiq görülüb.
Ümumilikdə çempionatda 6 komandanı təmsil edən 50-ə yaxın idmançı, o cümlədən, veteran idmançılar da iştirak ediblər. Çempionatın əsasnaməsinə uyğun olaraq, oğlanlar 2-10 km, qadınlar isə 1-6 km məsafələrdə kross qaçısında mübarizə aparıblar.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.