06.11.2015

Atletika Məktəbinin yetirmələri beynəlxalq yarışda iştirak ediblər

 

        Bakı şəhəri 5 nömrəli İxtisaslaşdırılmış  Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirmələri Gürcüstan Respublikasında  oğlanlar və qızlar arasında keçirilən “Açıq Axalkalaki Çempionatı”nda iştirak ediblər.  Atletikanın  60, 600 və 1500 m məsafəyə qaçış, 4x400 estafet və  yadro itələmə  proqramı üzrə  keçirilən çempionatda  idmançılarımız uğurla çıxış edərək qələbə qazanmışlar.

        Atletika Məktəbinin yetirməsi  Yelena  Pextireva 60 m məsafəni 7.7 s qət edərək I, uzununa tullanmada  4.68 m nəticə ilə II , oğlanlar arasında  İlham İksanov  isə 60 m məsafəni  7.2 s qət edərək I yerə layiq görülmüşdür.

        Atletika Məktəbinin komandası 4x400 estafet qaçışında isə II yeri qazanmışdır.

        İdmançılarımızı  təbrik edir, həmişə yüksək nəticələr göstərməyi arzulayırıq.