06.11.2015

Məktəblilər tibbi bilik və vərdişlərə yiyələnirlər

 

        Bakı şəhəri  67 nömrəli tam orta məktəbdəBakıŞəhəri üzrəTəhsil İdarəsi və  “Skalper” XəstələrəYardım İctimai Birliyinin birgətəşəbbüsüilə “Məişət gigiyenasıvəgənclərdətibbi-gigiyenik bilik vəvərdişlərin inkişafıkampaniyaları”layihəsi çərçivəsindəmaarifləndirici tədbir keçirilib.

        Layihə  məişətdə və şəxsi həyatda  gigiyenik qaydaları gənclərə aşılamaq, gənc nəslin sağlamlığını qorumaq və sanitar-gigiyenik vəziyyəti yaxşılaşdrmaq məqsədini  daşıyır.

        Tədbirdə məktəblilərə tibbi bilik vəvərdişlər haqqında ətraflıməlumatlar,  insan sağlamlığına  dair tibbi tövsiyələr  verilib, onların suallarıcavablandırılıb. Tədbir iştirakçılarına  gigiyenik qaydalarıəks etdirən bukletlər paylanılıb.