06.11.2015

Məktəblilərin Dövlət Bayrağı Muzeyinə ekskursiyaları davam edir

 

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tərəfindən  Bakı  şəhər ümumtəhsil məktəblərinin  pedoqoji  və şagird kollektivlərinin Dövlət Bayrağı Muzeyinə ekskursiyaları təşkil olunur. Muzeydə açıq dərslər  keçirilir, təhsil müəssisələrində  muzey  əməkdaşları  tərəfindən  milli atributların öyrədilməsi ilə   bağlı  mühazirələr oxunur.

        Tərtib olunmuş xüsusi cədvələ uyğun olaraq təşkil olunan tədbirlərdə gənc nəslin  vətənpərvərlik   ruhunda tərbiyə olunması  və dövlətçilik tarixinin öyrədilməsi əsas məqsəd daşıyır.

        Cari tədris ilinin əvvəlindən müvafiq dövrədək  şəhərin 17  ümumtəhsil məktəbi     Dövlət Bayrağı  Meydanı Kompleksi İdarəsinin xidmətlərindən yararlanmışdır.