06.11.2015

Şahmatçılarımız Respublika çempionatının zona yarışlarında iştirak ediblər

 

        Bakı  şəhəri 1, 2, 3 və 19  nömrəli Uşaq -Gənclər İdman  məktəblərinin  şahmat komandaları  Gəncə,  Balakən,  Lənkəran, Ucar  rayonlarında  7-17  yaş kateqoriyasında  yeniyetmə oğlan və qızlar  arasında  keçirilən şahmat üzrə Respublika çempionatının zona yarışlarında   iştirak ediblər.  9  turdan ibarət olan zona birinciliyində 15  komanda tərkibində  120 şahmatçı mübarizə aparıb.

        İsveçrə sistemi ilə keçirilən yarışın əsas məqsədi 2016-cı ildə  Bakıda təşkil olunacaq  Şahmat Olimpiadasının təbliğ edilməsi, dünya və Avropa  çempionatında iştirak edəcək  iti zəka sahiblərinin  müəyyənləşdirilməsindən ibarətdir.  

        Gərgin  mübarizə şəraitində keçən  yarışların   iştirakçılarından   Atilla İbayev, Nihad Rzazadə, Emil  Qocayev,  Suada Abbaszadə, Nərgiz Axundova, Akif Axundov, İsmayıl İsmayılzadə, İsmayıl Süleymanlı, Firəngiz Tarverdiyeva    fərqlənərək  I yerə layiq  görülərək diplom və hədiyyələrlə mükafatlandırıblar.

        Zona  yarışlarının  qalibləri  Azərbaycan  Çempionatının final mərhələsinə vəsiqə qazanıblar.