06.11.2015

Bakı şəhəri 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası futbol üzrə beynəlxalq turnirdə iştirak edib

 

        Bakı şəhəri  14 nömrəli  Uşaq-Gənclər İdman Məktəbinin komandası Rusiya Federasiyası Dağıstan Respublikasının  Dərbənd  şəhərində  yeniyetmələr  arasında  keçirilən Futbol üzrə  Beynəlxalq turnirdə  iştirak edib.

        Dərbənd şəhərinin “Narın Qala” stadionunda keçirilən yarışa  Uşaq-Gənclər İdman Məktəbi  16 nəfər  heyətlə  qatılıb.

        Qarışıq sistemlə keçirilən yarışda İdman Məktəbinin komandası qrupdan qrup ikincisi kimi ayrılıb  və  3-cü yer uğrunda Dərbənd şəhərinin Uşaq-Gənclər İdman Məktəbinin komandası ilə yarışıb.

        Futbolçularımız qalib gələrək  III yerdə qərarlaşıblar.