Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilati dəstəyi ilə şəhərin ümumtəhsil məktəblərində “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən “Yaradıcı gənclərə dəstək olaq” layihəsi çərçivəsində tədbirlərə başlanmışdır.
Aztəminatlıailələrdən vəxüsusi qayğıya ehtiyacıolan yeniyetməvəgənclər arasında ixtisaslaşmışfəaliyyətlərin təşkili yolu iləgənclərin yaradıcılıq qabiliyyətinin vətəhsil imkanlarının artırılmasıməqsədilə keçirilən layihədə məktəblilər fokus qruplara bölünərək ayrı-ayrı istiqamətlər üzrə öz bilik və bacarıqlarını təkmilləşdirirlər.
Layihədə şəhərin 5, 99, 193, 212, 246 və 247 nömrəli ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri də fəal iştirak etmişlər.
Dərs ilinin əvvəlindən başlayan layihəyə 2015-ci ilin noyabrın sonunda yekun vurulacaqdır.
Təşkil olunacaq yekun sərgidə layihə müddətində məktəblilərin hazırladıqları əl işləri nümayiş etdiriləcəkdir.