10.11.2015

Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim

 

     Ölkəmizin hər yerində olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən  ümumtəhsil məktəbləri və məktəbdənkənar  təhsil  müəssisələrində də  9 noyabr  Dövlət Bayrağı Günü münasibətilə “Bayraq milli qürurumuzdur”, “Bayrağımızı qoruyaq,  bayrağımızı sevək”, “Yaşat yurdun bayrağını” adlı silsilə tədbirlər, “dəyirmi masa”, konfrans və seminarlar, şeir, mahnı, rəsm, inşa müsabiqələri keçirilmiş, Dövlət  Bayrağı  Muzeyinə  ekskursiyalar  təşkil edilmişdir.

      Tədbirlərdə  məktəbin pedaqoji kollektivi, şagirdlər, o cümlədən  valideynlər də iştirak etmişlər.

    Məktəblilərə Azərbaycan bayrağının  bugünkü günümüzə qədər  keçdiyi tarixi yol  haqqında  məlumat verilmiş, dövlət bayrağının  milli birliyin nişanəsi, mənəvi, siyasi, ideoloji baxımdan bir dövlətin və bir dövləti təşkil edən millətin simvolu, onların mövcudluğunu göstərən rəmz olduğu qeyd edilmişdir.

        Məktəblilərin ifasında Azərbaycan Respublikasının dövlət atributlarından biri olan Dövlət Bayrağına həsr olunmuş kompozisiyalar, bayrağa  həsr edilmiş şeirlər, rəqs nömrələri, mahnılar və səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

    Şagirdlər   üçrəngli   bayrağımız  önündə  and   içərək  bayrağımızın şərəfini hər yerdə qoruyacaqlarına, dünya arenalarında onun ən yüksək zirvələrdə dalğalandıracaqlarına söz vermişlər.

        Təhsil müəssisələrində bayram münasibətilə divar qəzetləri buraxılmış, bukletlər hazırlanmış, məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.