12.11.2015

39 nömrəli Texniki Yaradıcılıq Mərkəzində 12 Noyabr – Konstitusiya Günü qeyd olunub

         

      Bakı şəhəri 39 nömrəli Texniki Yaradıcılıq Mərkəzində 12 Noyabr – Konstitusiya Gününə  həsr  olunmuş  tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixindən, Ulu öndər Heydər Əliyevin  müstəqil  Azərbaycanın ilk Konstitusiyasının yaranmasında göstərdiyi xidmətlərdən bəhs edilib.

       Eyni zamanda  Müstəqil Azərbaycanın  Konstitusiyasının bölmə, fəsil, maddələri haqqında dərnək üzvlərinə məlumat verilib, onların sualları cavablandırılıb.

       Konstitusiya  Günü ilə əlaqədar  mərkəzin dərnək üzvlərinin  hazırladıqları  səhnəciklər  tədbir iştirakçılarına nümayiş olunub.

       Həmçinin, Mərkəzdə  Konstitusiya  Günü münasibətilə rəsm sərgisi təşkil olunub və şahmat yarışı keçirilib.