18.11.2015

Paris Sorbon Universiteti-Abu Dabidə “Məktəb idarəetməsi” mövzusunda təlimlər keçirilir

       

        Bakının 24 ümümtəhsil müəssisəsinin direktor və müəllimləri, 4 lisey və 5 məktəbin fərqlənən  şagirdləri Paris Sorbon Universiteti-Abu Dabidəkeçirilən “Məktəb idarəetməsi” mövzusundatəlimlərə qatılıb.

        Belə ki, noyabrın 15-də Paris Sorbon Universiteti-Abu Dabidə “Məktəb İdarəetməsi (School Based Management) 3” və şagirdlər üçün “Gələcəyin İşgüzar Səfirləri (Future Ambassadors of Entrepreneurship) 1” layihələri çərçivəsində Azərbaycan Respublikası orta məktəblərində təhsilin keyfiyyətinin inkişafına yönəlmiş direktor, məktəb müəllimi və şagirdi üçbucağı prizmasında keçirilən təlimlərə artıq start verilib. Təlimlər noyabr ayının 20-dək davam edəcəkdir.

        Qeyd edək ki, Paris Sorbon Universiteti-Abu Dabi ilə əməkdaşlıq çərçivəsində 2014-cü ilin dekabr ayında Bakı şəhərində reallaşdırılmış “Məktəb İdarəetməsi 1” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 32 məktəbin direktorunu, 2015-ci ilin avqust və sentyabr aylarında Quba şəhərində reallaşdırılmış “Məktəb İdarəetməsi 2” layihəsi ölkə üzrə  40 məktəbin direktorunu bir araya gətirmiş və uğurlu layihə quruculuğunun nümunəsi olmuşdur.