08.12.2015

“Açıq qapı” günlərində iştirak etmək istəyənlərin nəzərinə

 

       Uğurlu nəticə qazanmış məktəblərin təcrübəsinin öyrənilməsi istiqamətində “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” günü layihəsi davam edir.

       Dekabrın 22-dək  davam edəcək layihə Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində həyata keçirilir.

      Lahiyənin həyata keçirilməsi üçün Bakının 12 rayonu üzrə mərkəz məktəblər seçilmişdir.

    Nəzərinizə çatdıraq ki, Açıq qapı günləri 9 dekabrda Sabunçu rayonu üzrə 72 nömrəli tam orta məktəbdə, 10 dekabrda Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziyada, 11 dekabrda Xətai rayonu üzrə 287 nömrəli “Zəkalar” liseyində,  14 dekabrda Yasamal rayonu üzrə 167 nömrəli tam orta məktəbdə, 15 dekabrda 62 nömrəli məktəb-liseydə, 16 dekabrda Suraxanı rayonu üzrə 275 nömrəli tam orta məktəbdə,  17 dekabrda Pirallahı rayonu üzrə 168 nömrəli tam orta məktəbdə, 18 dekabrda Qaradağ rayonu üzrə 253 nömrəli tam orta məktəbdə, 21 dekabrda Xəzər rayonu üzrə  92 nömrəli tam orta məktəbdə, 22 dekabrda Binəqədi rayonu üzrə 267 nömrəli məktəb-liseydə saat 9:00-dan 12:00-dək keçiriləkdir.

      “Açıq qapı” günlərində iştirak etmək istəyən müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri Gulshen.Huseynli@bakuedu.gov.azemail ünvanına müraciət edə bilərlər.

 

Açıq qapı günlərində aşağıdakı sessiyalar keçirilir:

1. Direktorlar sessiyası

2. Psixoloqlar sessiyası

3. İcma ilə iş və  Məktəbdənkənar fəaliyyətin təşkili sessiyası

4. Fənn müəllimlərinin (riyaziyyat, fizika, kimya, biologiya, informatika) sessiyası

5. İbtidai sinif müəllimlərinin sessiyası

 

       Qeyd edək ki, artıq Nəsimi və Nərimanov rayonları üzrə Açıq qapı günləri 7-8 dekabr tarixlərində keçirilmişdir.