09.12.2015

Sabah keçiriləcək “Açıq qapı” günündə iştirak etmək istəyənlərin nəzərinə

 

         Növbəti “Açıq qapı” günü sabah Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziyada saat 9:00-dan 12:00-dək keçiriləkdir.

         “Açıq qapı” günlərində iştirak etmək istəyən müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri Gulshen.Huseynli@bakuedu.gov.az email ünvanına müraciət edə bilərlər.

 

Açıqqapı günlərində aşağıdakı sessiyalarkeçirilir:

1. Direktorlar sessiyası
2. Psixoloqlar sessiyası
3. İcma ilə iş və Məktəbdənkənar fəaliyyətin təşkili sessiyası
4. Fənn müəllimlərinin (riyaziyyat, fizika, kimya, biologiya, informatika) sessiyası
5. İbtidai sinif müəllimlərinin sessiyası

 

       Qeyd edək ki, "Açıq qapı” günləri “Nəzəriyyədən təcrübəyə” adlı layihə əsasında  davam edir. Dekabrın 22-dək davam edəcək layihə Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində həyata keçirilir.