19.12.2015

186 nömrəli məktəbdə General Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub

 

      186 nömrəli tam orta məktəbdə General Səməd bəy Mehmandarovun həyat və fəaliyyətinə həsr olunmuş tədbir keçirilmişdir.

       Dekabrın 8-də keçirilən tədbirdə məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Oktay İsmayılov Səməd bəy Mehmandarov haqqında çıxış edərək şagirdlərə geniş məlumat vermişdir. Məktəbin fiziki tərbiyə müəllimi, Qarabağ müharibəsinin iştirakçısı Mübariz Xudaverdiyev çıxışında Azərbaycan oğullarının qəhrəmənlıqlarından və öz döyüş yolundan danışmışdır.

     Tədbirdə çıxış edən tarix müəllimi Nailə Əliyeva görkəmli sərkərdənin Azərbaycan tarixində əvəzedilməz rolundan bəhs edərək Səməd bəy Mehmandarovun xalqımızın tarixinə işıq tutmuş şəxslərdən biri olduğunu vurğulamışdır.

       Çıxışlardan sonra generalın həyatından bəhs edən film tədbir iştirakçılarına nümayiş olunmuşdur.

     Sonda məktəb direktoru tədbirin təşkilatçılarına öz  təşəkkürünü bildirmiş, məktəblilərə vətəni sevməyi, onun hər qarış torpağı uğrunda canlarından keçməyə hazır olmağı, hərb işini dərindən öyrənməyi tövsiyə etmişdir.