14.12.2015

Təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

 

      Bakı  şəhəri ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində müasir Azərbaycanın memarı və qurucusu  Heydər  Əliyevin vəfatının 12-ci ildönümü ilə  əlaqədar  anım tədbirləri keçirilib.

       Tədbirlərdə  ulu öndərin həyat və fəaliyyətindən,  elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz  xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışılıb.

       Ümummilli liderin  xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığı vurğulanıb.

     Tədbirlərdə ulu öndər  Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyi, dünya siyasətinə təsir etmək gücündə olan liderliyi, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacaran siyasətçi olması şagirdlərin diqqətinə  çatdırılıb.

       Anım tədbirlərində şagirdlər   ulu öndərə həsr edilmiş şeirlər və onun  aforizmə çevrilmiş  kəlamlarını səsləndiriblər.

       Tədbirlərdə   ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və  onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarxlar, sənədli filmlər nümayiş etdirilib.

 

***

       Bakı Şəhəri Yusif Mirzəyev adına 44nömrəlitam orta məktəbdədə “Ulu öndəri anaq!”adlı tədbir keçirilib. Tədbirdə  “Azərxalça” EYİB-nin baş direktoru Əlisəfa Nuriyev, “Bayraq” İdarəsinin şöbə müdirinin müavini Samir Hüseynov, Qafqaz Universiteti  “Beynəlxalq əlaqələr”   şöbəsinin müdiri Sevil İmanova,  Qafqaz Universitetinin “Politalogiya” kafedrasının müdir yardımçısı Nərgiz Nəhmətova vəBakı Dövlət Universitetinin  tələbələriiştirak ediblər.

       Ulu öndər, yeni Azərbaycanın qurucusu Heydər Əliyevin anım gününə həsr olunmuştədbirdə ümummilli liderin həyat və fəaliyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib. Məktəb şagirdləri Heydər Əliyevin ömür yoluvə həyat fəaliyyətindən söz açıblar.

 

***

      Tədbirlər silsiləsinə 84 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi də qoşulub. Belə ki, 84 nömrəli məktəb tərəfindən Suraxanı rayonu Heydər Əliyev mərkəzində Ümummilli liderimizin anım gününə həsr olunmuş tədbir keçirilib.

       Tədbir iştirakçıları ilk öncə Ulu öndərin abidəsi önünə gül dəstələri düzüb və mərkəzlə tanış olublar. Mərkəzin əməkdaşları Ümummilli liderimizin həyatı və fəaliyyəti haqqında məlumat verərək Heydər Əliyevin həyatının müxtəlif illərini əks etdirən şəkillərlə şagirdləri tanış ediblər.

       Mərkəzlə tanışlıq mərasimindən sonra mərkəzin akt zalında tədbir keçirilib. Tədbirə Dövlət himninin səslənməsi və  Ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb. Məktəbin tarix müəllimi, tədbirin təşkilatçısı Afət Heydərova unudulmaz liderin həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Natiq öz çıxışında xalqımızın xilaskarının bütün ömrünü millətimizə həsr etdiyini qeyd edərək, bu günkü müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu bildirib. Azərbaycanın ən çətin günlərində ölkəmizə başçılıq edən Heydər Əliyev xalqımızı ən ağır bəlalardan qurtarıb. Afət Heydərova çıxışında bu gün ölkəmizin cənab İlham Əliyevin başçılığı ən böyük uğurlara imza atdığını xüsusilə vurğulayıb.
Tədbirdə məktəbin şagird kollektivi Ulu Öndərə həsr olunmuş musiqi kompozisiyası və şeirlər səsləndiriblər. Məktəbin təşkilatçısı Qəmzə Yusubova öz çıxışında bildirib ki, Ulu öndərimizin müasirləri olduqlarına görə özünü xoşbəxt sayır. “Xalqımızın xilaskarı ilə görüşmək mənə nəsib olduğu üçün özümü ikiqat xoşbəxt hesab edirəm.”

       Tədbirdə çıxış edən məktəbin direktoru Nəsimi Quliyev bildirib ki, Ulu Öndərimizin ən böyük arzularından biri də siz uşaqların savadlı və bilikli böyüməsi olub. Bütün zamanların ən böyük azəbaycanlısı, əvəzolunmaz lider olan H. Əliyev bütün fəaliyyəti boyu təhsilə xüsusi önəm verib. Ulu öndərin layiqli davamçısı olan dövlət başçımız İlham Əliyev də bu gün təhsil sahəsinə xüsusi qayğı göstərir. “Sizlərin hər birinizin ən önəmli vəzifəsi elmlərin sirlərinə yaxından bələd olaraq Ulu öndərin ruhunu şad etməkdir” deyə məktəb direktoru qeyd edib.

 

***

       159 nömrəli məktəbdədə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

          Tədbiri giriş sözü ilə açan  məktəbin tarix müəllimi Xəyalə Əhmədova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Çıxışdan sonra  söz məktəbin  şagirdlərinə verilib.  Onlar ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyib, mahnılar səsləndiriblər. Daha sonra isə Ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolunu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işləri, onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirin sonunda məktəbin direktoru Vahid Xəlilov çıxış edərək ulu öndər Heydər Əliyevin irsinin daimi öyrənildiyini yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.

        Məktəbin Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən tədbirlər silsiləsi bununla yekunlaşmır. Məktəb şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin  anım gününə həsr olunmuş “Ən yaxşı divar qəzeti” müsabiqəsi və inşa müsabiqəsi keçirilib.  Məktəbdə keçirilmiş hər iki müsabiqənin qalibləri fəxri fərmanlarla təltif ediliblər.

 

***

       Silsilə tədbirlərin davamı olaraq 158 nömrəli məktəbinməktəbin şagirdləri və Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə Ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqın parlaq günəşi” adlı tədbir təşkil edilib. 158 nömrəli məktəbin şagirdlərinin və sənətkarların ifasında göstərilən kompoziyada bildirilib ki, adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilən, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olan Heydər Əliyevin  hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri əks olunub.

       Tədbirdə qonaq qismində iştirak edən Yasamal rayon İcra Hakimiyyətinin müavini Təravət Muradova, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru Fərəh Əliyeva, BŞTİ –nin baş məsləhətçisi Firudin Abbasov, Milli Məclisin sabiq mətbuat katibi Aqşin Babayev,   Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında Aparat rəhbəri Tağı Əhmədov çıxış edərək H.Əliyev haqqında olan ali hisslərini, onunla bağlı təəssüratlarını bölüşüblər.

       Daha sonra şagirdlərin ifasında “Xalqın parlaq günəşi” adlı ədəbi – bədii kompozisiyanümayiş etdirilib,  Respublikanın əməkdar artistləri - bədii  qiraətçilər Ağalar Bayramov, Azad Şükürov çıxış edib, İlqar Muradov, Teyyub Aslanov, Zakir Əliyevin ifasında H.Əliyevin sevdiyi mahnılar dinlənilib.

***

        Məktəblərdə keçirilən tədbirlərlə yanaşı dekabrın 11-də birinci dərs saatları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilib.

       Eyni zamanda,  Ulu öndərin  vəfatının 12-ci  ildönümü ilə bağlı pedaqojikollektivlər, valideynlər və məktəblilər  Fəxri xiyabanda xalqımızın Ümummilli liderinin xatirəsini dərin ehtiramla  yad edib, onun məzarı önünəəklillər, gül dəstələri qoyublar.