21.12.2015

“Multikulturalizm - millətlərin dostluğu”

 

    “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 19 oktyabr 2015-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə 60 nömrəli tam orta məktəbdə dekabrın 19 – da “Multikulturalizm - millətlərin dostluğu” adlı tədbir keçirilib. Tədbirin keçrilməsində əsas məqsəd müxtəlif ölkələrin tarixini, mədəniyyətini, mənəvi dəyərlərini böyüməkdə olan gənc nəslə sevdirmək, insanlar arasında qarşılıqlı anlaşma, hörmət hisslərini formalaşdırmaq, dostluq və əməkdaşlıq münasibətləri yaratmaq idi. 

       Tədbirdə Misir Mədəniyyət Mərkəzinin rəhbəri Doktor Ahmed Sami, İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin konsulu Saad Hasal, Rusiya, Özbəkistan, ABŞ, İspaniya səfirliklərinin  nümayəndələri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları,məktəb direktorları və digər qonaqlar iştirak ediblər.

       Tədbirə ölkələrin paradı ilə start verilib. Tədbirdə 26 ölkənin mədəniyyət və adət - ənənələri nümayiş olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı çıxış edərək Azərbaycanda multikulturalizmin inkişafı barədə ətraflı məlumat verib.Rəngarəng rəqs nümunələri, mahnılar və səhnələrlə zəngin olan tədbirə I və XI sinif şagirdləri cəlb edilib.

           Qeyd edək ki, tədbirdən sonra qonaqlar siniflərdə təşkil olunmuş ölkələrin sərgisinə baxış keçiriblər.