22.12.2015

Dramaturq Nəriman Həsənzadəyə həsr olunmuş “Vətən dərsi” adlı tədbir keçirilib

 

       Bakı  şəhər  46 nömrəli   Məktəbdənkənar  Tərbiyə  İşi  Mərkəzində  Azərbaycanın  incəsənət  xadimi  Nəriman  Həsənzadənin  yaradıcılığına   həsr  olunmuş  “ Vətən dərsi”   adlı tədbir keçirilib. Tədbirdə  Azərbaycan  Yazıçılar  ittifaqının  üzvü, şair, dramaturq Nəriman  Həsənzadə,  Azərbaycan Təhsil  Şurasının  sədri  Əjdər Ağayev,  M. Nağıyev  adına  “Milli  Dəyərlərin   Qorunması”  ictimai  birliyinin  sədri  Dilarə Nağıyeva, M.Ə.Sabir  fondunun  sədri  Sevda Tahirli,  Azərbaycanın xalq artisti Tariel Qasımov, Azərbaycanın  əməkdar  jurnalisti  İntiqam  Mehdizadə, şairə-publisist  Nəsibə İlkin və dramaturqun ailə üzvləri  iştirak ediblər.

     “Vətən dərsi”ndə  Nəriman Həsənzadənin yaradıcılığından şeirlər, sözlərinə bəstələnmiş  mahnılar ifa olunub. Dərnək üzvlərinin  hazırladıqları  “Atabəylər”   tamaşasından  bir parça   və  “İlk müəllimlə görüş” adlı səhnəcik iştirakçıların marağına səbəb olub. 

        Tədbirdə çıxış edən Nəriman Həsənzadə gələn qonaqlara təşəkkürünü  bildirdikdən sonra dərnək üzvlərinin suallarını cavablandırdı. Həmçinin iştirakçılar şairin öz  ifasında  şeir nümunələrini  dinlədilər.

         Çıxış edən qonaqlar şairin həyat yolu, yaradıcılığı, ədəbiyyatımızda rolu və dostluğu haqqında danışdılar.

         Tədbir  “Ovşarı” musiqisinin sazda ifası ilə başa  çatıb.