22.12.2015

“Açıq qapı” günü layihəsi sona çatdı

 

      Uğurlu nəticə qazanmış məktəblərin təcrübəsinin öyrənilməsi istiqamətində “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” günü layihəsinə yekun vurulub.

           Nəzərinizə çatdıraq ki,  bu gün Binəqədi rayonu üzrə 267 nömrəli tam orta məktəbdədə “Açıq qapı” günü keçirilib. “Açıq qapı”  günü bir neçə sessia  əsasında təşkil edilib. Belə ki, “Açıq qapı” günündə Binəqədi rayonu üzrə direktorların, psixoloqların, təşkilati işlər üzrə direktor müavinlərinin və ibtidai sinif müəllimlərinin sessiyaları baş tutub. Sessiyalarda BŞTİ-nin rəsmi nümayəndələrinin, məktəb nümayəndələrinin, eskpertlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb.  Eyni zamanda, açıq qapı günündə  biologiya, riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə açıq dərslər keçirilib.

        Son günü 267 nömrəli tam orta məktəbdə baş tutan layihə Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində həyata keçirilib.

         Qeyd edəki ki,  “Açıq qapı” günlərində iştirak etmək istəyən müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri üçün də şərait yaradılıb.