23.12.2015

Azərbaycan Respublikasının Prezidenti “Ən yaxşı müəllim”, “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb

 

       2014– 2015– citədris ilində keçirilmiş “Ən yaxşı müəllim”, “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqələrinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin 21dekabr 2015– ciil tarixli sərəncamlarına müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan 15məktəb “Ən yaxşı ümumi təhsil müəssisəsi”, 23müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.

          Sərəncamlara əsasən, ölkə üzrə ümumilikdə 100 nəfər “Ən yaxşı müəllim”, 50 təhsil müəssisəsi isə “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqələrinin qalibi adına layiq görülüb.

         Azərbaycan Respublikası Konstitusiyasının 109 – cu maddəsinin 32 – ci bəndini rəhbər tutaraq “Ən yaxşı ümumi təhsil müəssisəsivə ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007 – ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının 1 – ci hissəsinə uyğun olaraq “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə müəllimlər 5000 (beş min) manat məbləğində, “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə ümumi təhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılırlar.

           Biz də öz növbəmizdə mükafat alanları təbrik edir, möhkəm cansağlığı və şərəfli işlərində daha böyük uğurlar arzulayırıq.

     İndi isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələrində qalib gəlmiş məktəb və müəllimlərin siyahısını sizə təqdim edirik.

 

“Ən yaxşı ümumi təhsil müəssisəsi”

Bakı şəhəri 3 nömrəli tam orta məktəb
Bakı şəhəri 54 nömrəli tam orta məktəb
Bakı şəhəri 62 nömrəli məktəb - lisey
Bakı şəhəri 129 nömrəli tam orta məktəb
Bakı şəhəri 138 nömrəli tam orta məktəb
Bakı şəhəri 149 nömrəli tam orta məktəb
Bakı şəhəri 167 nömrəli tam orta məktəb
Bakı şəhəri 204 nömrəli tam orta məktəb
Bakı şəhəri 214 nömrəli tam orta məktəb
Bakı şəhəri 240 nömrəli tam orta məktəb
Bakı şəhəri 245 nömrəli tam orta məktəb
Bakı şəhəri 257 nömrəli tam orta məktəb
Bakı şəhəri 258 nömrəli tam orta məktəb
Bakı şəhəri 267 nömrəli məktəb - lisey
Bakı şəhəri 274 nömrəli tam orta məktəb

 

“Ən yaxşı müəllim”

Əmrahova Sevda Rüfət qızı – 160 nömrəli Klassik Gimnaziya, rus dili

Məmmədova Şirin Nəcəf qızı – 318 nömrəli tam orta məktəb, kimya

Abdullayeva Gülnarə Bəşir qızı - 5 nömrəli tam orta məktəb, ingilis dili

Əyyubzadə Günay Teyyub qızı - 314 nömrəli tam orta məktəb, coğrafiya

Süleymanova Fatimə Hüseynbala qızı – 287 nömrəli “Zəkalar” liseyi, ingilis dili

Allahverdiyeva Afət İkram qızı -164 nömrəli tam orta məktəb, ibtidai sinif

Ağayeva Məlahət İmran qızı – 245 nömrəli tam orta məktəb, rus dili və ədəbiyyat

Xudiyeva Xatirə Rafiq qızı – 83 nömrəli məktəb – lisey, təsviri incəsənət

Qayıblı Nügbar Məcnun qızı  - 239 nömrəli tam orta məktəb, coğrafiya

İsmayılov Mərdan Rəhim oğlu - 313 nömrəli tam orta məktəb, riyaziyyat

Mustafayeva Nailə Tahir qızı – 212 nömrəli tam orta məktəb, təsviri incəsənət

Əliyeva Sahilə Vahid qızı – 44 nömrəli tam orta məktəb, biologiya

Məmmədova Şirincan Əvəz qızı – 126 nömrəli tam orta məktəb, tarix

Soltanova Gülsən Rza qızı – 189 – 190 nömrəli tam orta məktəb, tarix

Əliyeva Nəzakət Səlim qızı – 157 nömrəli tam orta məktəb, ibtidai sinif

Əsgərova Cəmalə Mehman qızı – 201 nömrəli tam orta məktəb, tarix

Həsənova Tatyana Qara qızı – 278 nömrəli tam orta məktəb, rus dili

Məhəmmədova Təranə Eyvaz qızı – 271 nömrəli tam orta məktəb, ibtidai sinif

Aslanova Ülviyyə Salam qızı – 67 nömrəli tam orta məktəb, ibtidai sinif

Bayramova İradə İsmayıl qızı – 238 nömrəli tam orta məktəb, ibtidai sinif

Həşimova Aygün Baba qızı - 189 – 190 nömrəli tam orta məktəb, ibtidai sinif

Valehova Gülbəniz Babaverdi qızı – 238 nömrəli tam orta məktəb, fizika

Abidi Gülnarə Abusəməd qızı – 16 nömrəli tam orta məktəb, tarix