29.12.2015

Təhsil müəssisələrində “Mən tolerantlığı necə başa düşürəm?” mövzusunda tədbirlər keçirilib

 

         Təhsil müəssisələrində  məktəblilərin iştirakı ilə “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda  silsilə tədbirlər keçirilib.

          Məktəblilərə dini-mənəvi  problemlər, tolerantlıq, din və dövlət anlayışları haqqında geniş məlumat vermək və onlar arasında maarifləndirmə işləri aparmaq məqsədilə tolerantlıq mövzusunda “dəyirmi masa”lar, disputlar, konfranslar, açıq dərslər keçirilmiş, videoçarxlar izlənmiş, divar qəzetləri hazırlanmışdır.

          Tədbirlərdə tolerantlıq siyasətinin nəticəsində milli və dini icmalar arasında yaranan dostluq və qardaşlıq münasibətlərindən, Respublikamızdakımultikultural mühitdən, tolerantlıq ənənələrindən, ölkə ərazisində  yaşayan bütün millətlərin və xalqların  nümayəndələrinə  göstərilən  qayğıdan bəhs edilib. Keçirilən tədbirlərdə qeydolunub ki, hazırda Azərbaycanda 30-dan artıq azsaylı xalq, etnik qrup və milli azlıq yaşayır. Onlar respublikamızın qanunları çərçivəsində yaradılmış azadlıqlardan bəhrələnməklə öz din, dil və mədəniyyətlərini inkişaf etdirirlər.

          Çıxış edənlər  multikultural, tolerant və humanist dəyərlərin əsasında Ümummilli lider Heydər Əliyev siyasətinin durduğunu vurğulayıblar.

          Belə tədbirlər ölkəmizin çoxmədəniyyətli və tolerant  bir dövlət olmasını, müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda bərabərhüquqlu vətəndaşlar kimi yaşamasını, Respublika Konstitusiyasında təsbit edilən insan hüquq və azadlıqlarının daim qorunmasını bir daha təsdiq edir.