29.12.2015

“Milli-mənəvi dəyərlərimiz və qloballaşma şəraitində onların mühafizəsi, inkişafı” mövzusunda tədbir keçirilmişdir

 

       Xətai rayonu 171 nömrəli tam orta məktəbdə dekabrın 24 – də “Milli - mənəvi  dəyərlərimiz və qloballaşma şəraitində onların mühafizəsi, inkişafı” mövzusunda  tədbir  keçirilib. Tədbirin keçrilməsində əsas məqsəd milli - mənəvi dəyərlərimizin təbliği, onları  böyüməkdə olan gənc nəslə sevdirmək  və şagirdlər tərəfindən onların qorunması və inkişafı üçün yollar axtarmaq olub. 

       Tədbirdən əvvəl qonaqlar milli - mənəvi dəyərlərimizdən bəhs edən sərgiyə  baxış keçiriblər. Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 148 nömrəli məktəbin açılış mərasimindəki nitqində səslənən məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, milli - mənəvi dəyərlərimizin təbliği, şagirdlərdə  vətənpərvərlik ruhunun aşılanması müddəaları barədə danışıb.

        Sonra şagirdlər  milli adət və ənənələrimiz, milli abidələrimiz, muğam və xalq mahnıları, milli xalçalarımız,  milli geyimlərimiz və  milli mətbəximiz barədə müzakirələr aparıb.  Tədbirdə qloballaşmanın mahiyyəti və qloballaşma  şəraitində milli-mənəvi dəyərlərimizin mühafizəsi və inkişafı sahəsində  Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər, həmçinin  şagirdlərin internet vasitəsi ilə milli-mənəvi dəyərlərimizin təbligi  və mühafizəsi istiqamətində apardığı işlər barədə  məlumatlar verilib.