Dekabrın 24-də Səbail rayonu M.Rahim adına 7 № li tam orta məktəbdə General Səməd bəy Mehmandarovun 160 illik yubileyi təntənəli şəkildəqeyd edilib. Tədbirdə veteran hərbçilər, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, Generalın ailə üzvləri, məktəb kollektivi və valideynlər iştirak ediblər.
Məktəbin şagirdləri qonaqlar önündə çıxış edərək öz hərbi biliklərininümayiş etdiriblər. Daha sonra tədbir məktəb şagirdlərinin konsert proqramı ilə davam edib.
Tədbirdə şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyib,mahnıları ifa ediblər.
Qeyd edək ki,yubiley tədbirində Generalın həyat və fəaliyyətindən bəhs edən video nümayiş edilib, məktəbdaxili hərbi parad keçirilib, dövlət himni səsləndirilib.
Sonda qonaqlar məktəbdə yaradılan General Səməd bəy Mehmandarov guşəsinə,şagirdlərin hazırladığı rəsm əsərlərinə baxıblar.