08.01.2016

“Planetimizin şən uşaqları” adlı mahnı və rəqs festivalı keçirilib

 

     Bakı şəhəri  5 nömrəli  tam orta məktəbdə   “Planetimizin şən uşaqları" adlı mahnı və rəqs festivalı keçirilib. Festivalın keçirilməsinin əsas məqsədi Azərbaycanın tolerant, sülhsevər bir dövlət olduğunu, Yer kürəsinin bütün uşaqlarının isə azad və firavan yaşamaq haqqının olmasını sübut etməkdən ibarət olub. Məktəbdə  təşkil olunan bu festivala 40-a yaxın ölkəni təmsil edən şagirdlər qatılıb.

    Festival  öncəsi məktəbdə şagirdlərin əl işlərindən ibarət təşkil olunan sərgidə dünya ölkələrinin milli paltarlarını özündə  əks etdirən “Kreativ gəlinciklər” nümayiş etdirilib. Daha sonra  şagirdlər dünya  xalqlarının  rəqslərini  ifa  ediblər. Rəqslər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

     Sonda 5 nömrəli tam orta məktəbin rəhbərliyi  festivalın  nəfis tərtibatlı kostyumlarının, rəqslərin hazırlanmasında böyük rolu olan valideyn icmasına, sinif rəhbərlərinə təşəkkürünü bildirmiş,  bütün uşaqların aydın səma altında yaşamasını arzulamışdır.