Bakı şəhəri 94 nömrəli tam orta məktəbdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr olunmuş “Nizami dünyasına səyahət” adlı ədəbi-bədii, musiqili kompozisiya keçirilmişdir.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Doroxin Vladimir Dmitriyeviç, Rusiya İnformasiya – Mədəniyyət Mərkəzinin direktor müavini Yakunina Lyubov Timofeyevna , Rus icması Sabunçu rayon təşkilatının sədri Pankina Lyubov Semkayevna , Sabunçu rayon İcra hakimiyyətinin səlahiyyətli nümayəndələri Səkinə Həsənova, Məhəmmməd Əsədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və məktəb direktorları iştirak etmişdir.
Nizami Gəncəvinin 875 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə məktəbin direktoru Şəmsəddin Vəliyev açmış, görkəmli şairin həyat və yaradıcılığından, onun Azərbaycan klassik ədəbiyyatında tutduğu mövqedən, Nizami irsinin öyrənilməsinin əhəmiyyətindən danışmışdır. Daha sonra məktəbin rus dili və ədəbiyyat müəllimi Gülnarə Əliyevanın rəhbərliyi ilə hazırlanmış kompozisiya nümayiş olunmuşdur.
Sonda isə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Doroxin Vladimir Dmitriyeviç bu cür maraqlı tədbirin Rusiya - Azərbaycan dostluğunda əhəmiyyətini vurğulamışdır. Tədbirin yekununda qonaqlar və məktəb kollektivi xatirə şəkli çəkdirmişdir.