19.01.2016

Gənc rəssamın fərdi sərgisi təşkil edilib

 

     Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Yeniyetmələrin 22 nömrəli  Yaradıcılıq Mərkəzində  “Təsviri incəsənət” dərnəyinin üzvü  Əhmədli Şükufə Zabul qızının fərdi sərgisi təşkil edilib.

      Sərgidə  Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdüri Afiq Əzizov, 32, 34, 36 nömrəli Yaradıcılıq Mərkəzləri  və 260 nömrəli tam orta məktəbin direktorları iştirak etmişdir.

    Çıxış edənlər IX sinif şagirdi olan gənc rəssamın əl işlərini yüksək qiymətləndirmiş, uğurlar arzulamış, məktəblilərin əl işlərindən ibarət belə sərgilərin  təşkil edilməsinin yetişməkdə olan gənc nəslin estetik tərbiyəsində böyük rolu olduğunu vurğulamışlar.

       Daha sonra  tədbir iştirakçılarının sərgiyə  baxışı oldu. Sərgidə Şükufənin  müəllifi olduğu  70-ə yaxın rəsm əsəri nümayiş olundu. Müxtəlif mövzuların əks olunduğu rəmslərdə gənc rəssam  əsasən  akvarel, quaş, sadə qələm, yağlı boyadan istifadə etmişdir.

        Sonda gənc rəssam Mərkəzin Fəxri fərmanı ilə təltif  olundu.