19.01.2016

20 Yanvar faciəsinin 26 - cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir

 

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11.01.2016-cı il tarixli  05 nömrəli  “20 Yanvar  faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi barədə” əmrinə əsasən ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində silsilə tədbirlər təşkil edilir. Belə ki, təhsil müəssisələrində “Tədbirlər Planı”na əsasən 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı, konfrans, mühazirələr, vətənpərvərvərlik mövzusunda  bədii qiraət gecələri və “Milli qəhrəmanlarımız and yerimizdir” adlı ədəbi-bədii kompozisiyalar  keçirilir, xüsusi qəzetlər, bülletenlər, stendlər və guşələr yaradılır.

       Tədbirlərdə məktəblilərin ifasında 20 Yanvar faciəsindən bəhs edən səhnəciklər nümayiş edilir, şeirlər səsləndirilir. Təhsil müəssisələrində faciəyə həsr edilmiş filmlər də nümayiş olunur.

        Eyni zamanda məktəblərin pedaqoji kollektivlərinin və şagirdlərin  20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidələrə, “Şəhidlər Xiyabanı”na ziyarətləri də təşkil olunur.