26.01.2016

“Fövqəladə hallarda özünü necə aparmalı?”

 

       Bakı şəhərinin ümumtəhsil məktəblərində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda keçirilən maarifləndirmə tədbirləri davam edir.

       Müəllim - şagird heyətinin fövqəladə hallara hazırlanmasında mühüm rol oynayan belə tədbirlərdən biri Bakı şəhəri 13 nömrəli tam orta məktəbdə təşkil edilib. Tədbirdə 300 nəfərdən artıq müəllim və şagird heyəti iştirak edib.

      Tədbir nəzəri və praktik hissədən ibarət olub. Nəzəri hissə elektron vasitələrin köməyi ilə interaktiv formada, praktik hissə isə məktəb kollektivinin fəal iştirakı ilə təqdim edilib. Praktiki hissədə təxliyə, axtarış - xilasetmə və yanğınsöndürmə əməliyyatları üzrə təqdimatlar nümayiş etdirilib.

       Tədbirin sonunda iştirakçılara cəlb olunan texnika və avadanlıqların təyinatı, onlardan istifadə qaydaları, eləcə də fövqəladə hallarda ilkin tibbi yardımın göstərilməsilə bağlı ətraflı məlumatlar verilib.