10.02.2016

Məktəblilər arasında XXVIII Spartakiadanın şahmat yarışı başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Respublika Şahmat Mərkəzində paytaxt məktəbliləri arasında XXVIII Spartakiadanın proqramına daxil olan şahmat növü üzrə yarışın final mərhələsi keçirilib.

Yarışda 11 rayon komandasının tərkibində 66 nəfər iştirak edib. Yarışın nəticəsinə görə, 5 nömrəli tam orta məktəbin komandası I,  269  nömrəli  tam orta məktəbin komandası II, 72 nömrəli məktəb - liseyin komandası III, 238 nömrəli tam orta məktəbin komandası IV, 246 nömrəli məktəb - liseyin komandası V,  2 saylı Texniki Humanitar Elmlər Liseyinin komandası VI, Bakı Avropa Liseyinin komandası VII, Məktəb Lisey Kompleksinin komandası VIII, 253 nömrəli tam orta məktəbin komandası IX,  156 nömrəli tam orta məktəbin komandası X və 275 nömrəli tam orta məktəbin komandası XI yerlərə layiq görülüb.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, XXVIII Spartakiadanın baş hakimi Adil Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev, XXVIII Spartakiadanın baş katibi Valentina Sultanova, XXVIII spartakiadanın baş hakimin müavini Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
 


Açar sözlər: ,