11.02.2016

Bu  günün gənci sabahın  lideridir

67 nömrəli tam orta məktəbdə  “Bu  günün gənci sabahın  lideridir” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Belə ki, 2006-cı ildə yaranmış şagird özünüidarəetmə orqanının 10 illik yubileyinə dair hesabat xarakterli tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun məsləhətçisi Camal Bağırov, Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının müavini Arzu  Məmmədova, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon təşkilatının sədri Mehriban Abasquliyeva,  “Azərbaycan müəllimi” qəzetinin müxbiri Niyazi Rəhimov, Sabunçu qəsəbə Bələdiyyəsinin sədri Pərviz Namazov və qəsəbədə yerləşən məktəblərin direktorları, məktəbin məzunları və şagird özünüidarəetmə orqanının bütün üzvləri iştirak etmişdir.

Giriş nitqi ilə tədbiri açan məktəbin direktoru İradə Bayramova  ilk öncə gələn qonaqları tədbir iştirakçılarına təqdim etdi. Daha sonra tərbiyə işləri üzrə direktor müavini Azad Kələşov şagird özünüidarəetmə orqanının 10 illik fəaliyyətinə dair geniş hesabat verdi.

Ötən illərin məzunları, məktəbin orqanı olan “Əvəzsiz illər” qəzetinin ilk baş redaktoru Rüfət Hüseynov, Emin Lətifov, Nizami Məhərrəmov, Səyalı Məmmədova  bu orqanın onların həyatında müstəsna xidmətləri olduğunu, onların karyeralarında əvəzsiz iz buraxdığını söylədilər. Sonra söz şagird özünüidarəetmə orqanının nümayəndələrinə verildi. Onlar  öz fəaliyyətləri haqqında  geniş məlumat verdilər. Dinlənilən bütün fikirlər tədbirə qatılan qonaqların böyük marağına səbəb oldu. Tədbir iştirakçıları orqanın gələcəkdə daha geniş şəkildə fəaliyyət göstərməsi üçün uğurlar dilədilər.


Açar sözlər: ,