02.03.2016

Kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılmasına dair treninq keçirildi

Mart ayının 1-də Təhsil Nazirliyi sistemində yerli təhsili idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılmasına dair treninq təşkil olundu.

Treninqin təşkilatçısı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri Sevinc Rəsulova iştirakçıları salamladıqdan sonra treninqin keçirilməsi məqsədindən danışdı. Sənədləşmə zamanı yol verilən nöqsanların aradan qaldırılması, yeni təyin olunan direktorlara yardım etmək və təcrübəli direktorlara sənədləşmə qaydalarını bir daha xatırlatmaq məqsədini daşıyan treninqdə sektor müdiri bu sahədə istifadə olunan normativ hüquqi aktları slaydlar vasitəsilə geniş şəkildə  təqdim etdi.

Tədbirdə BŞTİ-nin tabeçiliyində olan 363 təhsil müəssisəsində aparılan sənədləşmə işlərinin cari ilin may ayında monitorinqinin aparılacağı bildirildi.

Sonda İdarənin Ümumi təhsil və İnsan resursları sektorunun əməkdaşları direktorları maraqlandıran sualları cavablandırdılar.