18.04.2016

 “Gənc kimyaçıların  yaradıcılıq müsabiqəsi”nin  final mərhələsinə hazırlıqla əlaqədar təlimati seminar keçirilib

Bakı şəhər məktəblilərinin  kimya  elminə  olan marağının  daha da artırılması, bu sahədə nəzəri və təcrübi  biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı  şagirdlərin  aşkara çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  22 yanvar  2016-cı il tarixli  28  nömrəli əmri  ilə elan edilmiş “Gənc kimyaçıların  yaradıcılıq müsabiqəsi”nin  ikinci  mərhələsi  başa  çatmışdır.

14 aprel  2016-cı  il tarixində Azərbaycan Neft və Sənaye Universitetinin Kimya-Texnologiya  Kafedrasında “Gənc kimyaçıların  yaradıcılıq müsabiqəsi”nin  final mərhələsinə  hazırlaqla  əlaqədar  təlimati  seminar keçirilmişdir.

Təlimati seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları,  Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov, dekan Fəttah Həşimov, kafedra müdiri Yunis Qəhrəmanov, Texniki Yaradıcılıq Mərkəzinin direktorları, komandaların rəhbərləri iştirak etmişdir.

Seminarda Bakı şəhər məktəblərindən 24 komanda- 18, 27, 39, 70, 97, 102, 107, 117, 156, 160, 186, 192, 220, 225,  239, 240,  243,  253, 258, 278, 287, 299, 320  nömrəli məktəblərin komandaları  tərkibində 72 şagird   iştirak  etmişdir.

Məktəblilər  Universitetin laboratoriyaları ilə yaxından tanış olmuş, təcrübə aparmaq imkanı əldə etmişlər. Komanda üzvləri  orta məktəb səviyyəsində  kimya fənninə aid  təcrübə işlərinin həyata  keçirilməsini öyrənmişlər. Şagirdlərə  üzvü və qeyri-üzvü kimya haqqında da ətraflı  məlumat verilmişdir.

Məlumat üçün qeyd edək ki, “Gənc kimyaçıların  yaradıcılıq müsabiqəsi”nin final mərhələsi  26 aprel 2016-cı il tarixində Azərbaycan Neft və Sənaye Universitetində keçiriləcəkdir.


Açar sözlər: ,  ,