19.04.2016

“MDB üçün 100 ideya” layihəsinin qalibi

13-15 aprel 2016-cı il tarixində Belarusun paytaxtı Minsk şəhərində “MDB üçün 100 ideya” adlı Beynəlxalq Gənclər Layihəsi keçirilmişdir. Həmin layihədə Müstəqil Dövlətlər Birliyi ölkələrinin gəncləri müxtəlif nominasiyalar üzrə çıxış etmişlər.

Bu layihədə ölkəmizi “İnformasiya Texnologiyaları” nominasiyası üzrə 291 nömrəli Ekologiya liseyinin 9-cu sinif şagirdi Elşən Nağızadə təmsil etmişdir. Onun “Antivirusun yeni sistemi və Windows 10 sisteminin yeni müdafiəsi” mövzusunda təqdimatı qalib olmuşdur.

Elşən Nağızadənin işi haqqında Belarusun televiziyası xəbərlərində məlumat verilmişdir. Qalibi təbrik edir və gələcəkdə yeni-yeni uğurlar arzulayırıq.